Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var

Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var


20-11-2016, 13:29. Yazar: Xeberaz
Bakı-Sumqayıt yolunda ağır qəza: ölən və yaralananlar var
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılması barədə məlumat daxil olub.
Dərhal Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:58-də başa çatıb.
Geri dön