Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gənc rəssam bıçaqlandı

Bakıda gənc rəssam bıçaqlandı


19-11-2016, 10:49. Yazar: Xeberaz
Bakıda gənc rəssam bıçaqlandı
Bakının Nərimanov rayonunda dərsdən çıxan 17 yaşlı tələbəni naməlum şəxs bıçaqlayaraq, hadisə yerindən qaçıb.

"Xəbəraz.az " xəbər verir ki, hadisə Rəssamlıq Akademiyasının Heydər Əliyev prospektindəki binasının yaxınlığında baş verib. Akademiyanın tələbəsi, 1999-cu il təvvəllüdlü Sadıqzadə Yusif Çingiz oğlu dərsdən çıxarkən tanımadığı şəxs onunla mübahisə edib. Mübahisə zamanı naməlum şəxs əlini bıçağa atıb. Nəticədə Y.Sadıqzadə iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Geri dön