Ana Sayfa > Karusel / Gündəm / İdman / Foto-fakt / Gənclərimiz > Dirçəliş günü ilə bağlı Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirildi-FOTOLAR

Dirçəliş günü ilə bağlı Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirildi-FOTOLAR

18-11-2016, 19:20. Yazar: Xeberaz
Dirçəliş günü ilə bağlı Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirildi-FOTOLAR

Alpaqut Turan döyüş sənətinin qurucusu Kutsan Vasif Namazovun rəhbərliyi altında keçirilən seminara Alpaqut Federasiyasının Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Suraxanı, Xəzər filialları, habelə Abşeron, Ağdam, Ağcəbədi, Ucar, Yevlax, Laçın, Bərdə, Kürdəmir rayon filiallarından idmançı və məşqçilər qatılıblar.

"Xəbəraz.az " xəbər verir ki,Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, İdman Xadimi Azər Həsənsoy da fəxri qonaq kimi seminarda iştirak edib. Seminar çərçivəsində Azər Həsənsoy Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilərək "Toraman Alpaqut" rütbəsinə layiq görülüb.
Kutsan Vasif Namazov seminarda çıxış edərək, Azər Həsənsoyun idmanın inkişafındakı xidmətlərindən söz açıb: "Azər müəllim, Azərbaycanın idman, xüsusilədə döyüş sənəti sahəsində mütəsna xidmətləri var. Məhs onun nəticəsidir ki, Cənab prezident İlham Əliyev tərəfindən qiymətləndirilərək İdman xadimi adəna layiq görülmüşdür. Ancaq O, eyni zamanda milli məfkurəyə bağlı bir insan kimi türkün qədim döyüş mədəniyyətinin dərin bilicisi, araşdırmaçısı olaraq bizim başladığımız bu işdə hər zaman bizə dəstək olmuşdur. Məhs bu səbəbdəndir ki, Dünya Alpaqut Federasiyası tərəfindən təsdiq edilmiş “Toraman Alpaqut” rütbəsinə layiq görülmüşdür.”
Azərbaycan Döyüş Federasiyaları Asossiasiyasının prezidenti Azər Həsənsoy isə öz çıxışında Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilməsi və "Toraman Alpaqut" rütbəsinə layiq görülməsinə görə təşəkkürünü bildirib: " Uzun illər içərisində müxtəlif döyüş sənətləri ilə əyani və qiyabi tanış olduq, gənclərimizin sağlam yetişməsini əsas şərt olaraq döyüş sənətlərini onlara aşıladıq. Ancaq bu döyüş sənətlərinin yad etnomədəniyyətə aid olmasından dolayı çiynimdə hər zaman milli bir döyüş sənətini formalaşdırmaq yükü dururdu və bunu həyata keçirmək hissi hər zaman məni narahat edirdi. Çox sağolsun Vasif Namazov ki, O, bir gənc olaraq bu yükü mənim çiyinlərimdən götürdü. Bu cür sistemli və xüsusilədə fəlsəfi bağları olan Alpaqut döyüş sənətini formalaşdırmaq çox böyük zəhmət tələb edir. Sizin uğurlarınıza sevinirəm və hər zaman imkanım daxilində bütün dəstəyi verəcəyəm. Siz gənclərə isə tövsiyyəm budur ki, hər zaman öz milli dəyərlərinizə sahib çıxın onu yaşadın. Hər birinizə bu qutlu yolda uğurlar arzu edirəm.”
Daha sonra DAF 1-ci vitse prezidenti Araz Abdullasoy çıxış etdi “Azər müəllim bizim müəllimimiz və ustadımız olub. O, hər zaman biz gənclərə dəstək olmuşdur. O, hər zaman türk dünyasının maraqlarına xidmət edən bir şəxsiyyət kimi tanının. Yazdığı “Döyüş sənətinin izi ilə” kitabı buna bariz sübudur. Biz DAF olaraq hər zaman dəyərlərimizi qiymətləndirmişik və bu ənənəmizə davam edəcəyik.”

Geri dön