Ana Sayfa > Karusel / Texnologiya > DİQQƏT: WhatsApp-da görüntülü danışıqla bağlı FIRILDAQ

DİQQƏT: WhatsApp-da görüntülü danışıqla bağlı FIRILDAQ


18-11-2016, 16:51. Yazar: Xeberaz

DİQQƏT: WhatsApp-da görüntülü danışıqla bağlı FIRILDAQ

Bir müddətdir hər kəsin gözlədiyi və artıq dünən aktiv hala gələn WhatsApp video zənglər istifadəçiləri sevindirdi.

Dünən çoxdandır gözlənilən WhatsApp video zənglər aktivləşdi. "Xəbəraz.az " technote.az-a istinadən xəbər verir ki, bu yeniliyə olan marağı nəzərə alan bəzi şəxslər onunla manipulyasiya etməyə başlayıb.

Bu vəziyyətlə inkişaf etmiş ölkələrin istifadəçiləri qarşılaşıblar. Belə ki, istifadəçilər sadəcə WhatsApp-a gələn yenilənməni etməklə və ya Play Store-a daxil olaraq WhatsApp yenilənməni seçərək video zəngi asanlıqla aktivləşdirə bilirdilər.

Amma bəzi şəxslər bir çoxlarının şəxsi məlumatlarını ələ keçirmək üçün "görüntülü axtarış xüsusiyyətinə sahib WhatsApp tətbiqini yüklə" başlığında linkə yönləndirirlər. İstifadəçi linki aktivləşdirmək istədikdə sizdən 4 nəfəri dəvət etməli olduğunuz haqda bildiriş gəlir. Təbii ki, bu da daha çox şəxsin məlumatlarını ələ keçirməyə yönəlib.


Geri dön