Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Ölkədən çıxışı qadağan edilən üç nəfər borcunu ödədi

Ölkədən çıxışı qadağan edilən üç nəfər borcunu ödədi


18-11-2016, 13:03. Yazar: Xeberaz

Ölkədən çıxışı qadağan edilən üç nəfər borcunu ödədi



Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı azalıb.

"Xəbəraz.az " xəbər verir ki, Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, 17 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 420-yə enib.

Halbuki 15 noyabr tarixinə açıqlanan siyahıda 423 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 3 nəfər vergi borcunu ödəyərək adının siyahıdan çıxmasına nail olub.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Geri dön