Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"

Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"


17-11-2016, 17:16. Yazar: Xeberaz
Ərdoğan: "Qərb İslam dinini gözdən salmaq üçün İŞİD-i dəstəkləyir"


Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri çərçivəsində adıçəkilən ölkənin parlamentində çıxış edərkən deyib.

"Biz qətiyyətlə İŞİD-ə qarşı mübarizə aparırıq və mübarizəni davam etdirəcəyik. Bu qruplaşmanın İslam dini ilə heç bir bağlılığı yoxdur. Əslində, İŞİD-dən çox İslama ziyan vuran yoxdur. Dinimizdə adam öldürmək haqqı heç kimə verilmir" - R.T.Ərdoğan bildirib.

Türkiyənin dövlət başçısı İŞİD-in yanında Qərbin dayandığını və İŞİD-in əlində qərb mənşəli silahların olduğunu sübut etdiklərini də vurğulayıb.

Geri dön