Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın - Serj Sarkisyandan təklif

Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın - Serj Sarkisyandan təklif


16-11-2016, 18:19. Yazar: Xeberaz
Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın - Serj Sarkisyandan təklif


Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.

APA-nın məlumatına görə, o, RİA "Novosti" agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

S.Sarkisyanın sözlərinə görə, 1990-cı ildə belə bir təşəbbüsə əl atılıb: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Geri dön