Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan İsraildən məşhur hərbi sistemlər alır

Azərbaycan İsraildən məşhur hərbi sistemlər alır


16-11-2016, 09:58. Yazar: Xeberaz
Azərbaycan İsraildən məşhur hərbi sistemlər alır

Azərbaycan İsrailin "Dəmir qübbə" raketdən müdafiə sistemlərini istehlak edən ilk ölkə olacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiya Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycan İsrailə 4 batareya sifariş verib:

"Azərbaycan İsrail silahlarının əsas idxalçılarından biridir. 2012-ci ilin fevralında tərəflər dəyəri 1,4 milyard dollar olan bir neçə müdafiə xarakterli kontrakt imzaladılar. Bu müqavilələr sırasında zərbə endirə bilən pilotsuz aparatların da tədarükü var idi. Bu ilin fevralında isə iki ölkə arasında 1,6 milyard dollarlıq hərbi müqavilə imzalanıb".

Qeyd edək ki, "Dəmir Qübbə" sistemləri kiçik və orta mənzilli raketlərdən qorunmaq üçün yaradılıb. Bu sistemin bir batareyası 4 kilometrdən 70 kilometrə qədər məsafədən buraxılan reaktiv sursatlardan 150 kvadrat kilometr ərazini müdafiə etmək qabiliyyətindədir.
Geri dön