Ana Sayfa > Karusel / Hadisə > Bakıda metronun qarşısında DƏHŞƏTLİ HADİSƏ

Bakıda metronun qarşısında DƏHŞƏTLİ HADİSƏ


15-11-2016, 19:52. Yazar: Xeberaz
Bakıda metronun qarşısında DƏHŞƏTLİ HADİSƏ


Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Xəbəraz.az "-ın xəbərinə görə, noyabrın 12-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Fərman Mustafayev münaqişə zəminində paytaxt sakini Namiq Qaralovun müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib. N.Qaralov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Report-un verdiyi məlumata görə, F.Mustafayev artıq tutulub. Məlum olub ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında baş verib və N.Qaralova ümumilikdə 12 bıçaq zərbəsi endirilib.

Geri dön