Ana Sayfa > Karusel / Maraqlı > Trampa oxşayan qırqovul internet ulduzu oldu

Trampa oxşayan qırqovul internet ulduzu oldu


15-11-2016, 19:40. Yazar: Xeberaz
Trampa oxşayan qırqovul internet ulduzu oldu


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa bənzəyən qızılı qırqovul internetin ulduzu olub.

"Xəbəraz.az "-ın məlumatına görə, siyasətçidəki kimi “saç düzümü” olan quş Çində məşhurlaşıb.

5 yaşlı qırqovulunun şəklini yerli safari parklarının birində Hançjou şəhərindən olan jurnalist çəkib. Sonradan internetin ulduzu haqqında materiallar Qərb KİV-lərində görünüb.

Quşun baxıcısı bildirib ki, lələklərinin rənginə görə quşun adı Mister Qırmızıdır. Qırqovul öz oxşarlarından daha parlaqdır, çünki olduqca sağlamdır.

Baxıcının sözlərinə görə, ilk əvvəl o, Mister Qırmızı ilə Donald Tramp arasında oxşar cəhətləri görməyib. Çünki o, quşun saç düzümünə diqqət yetirməyib: “Ancaq Tramp ABŞ prezidenti seçildikdən sonra mən onun daha çox şəkillərini görməyə başladım və düşünürəm ki, qırqovul bir az ona oxşayır”.

Çin internet istifadəçiləri səs-küy salıb ki, 2016-cı ilin sonunda saç düzümü sahəsində yeni trend yaranıb. Digər şərhçilər isə güman edir ki, qırqovul və Tpampın oxşarlıqları ancaq saç düzümü ilə məhdudlaşmır.lent.az


Geri dön