Ana Sayfa > Karusel / İqtisadiyyat > Prezident binaların təmirinə pul ayırdı - Sərəncam

Prezident binaların təmirinə pul ayırdı - Sərəncam


14-11-2016, 23:07. Yazar: Xeberaz
Prezident binaların təmirinə pul ayırdı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az " xəbər verir ki, sərəncamda deyilir:

“1. Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
Geri dön