Ana Sayfa > Karusel / Hadisə / Dünya > Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTOLAR

Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTOLAR

14-11-2016, 15:50. Yazar: Xeberaz
Qorxulan oldu: Superay Zelandiyada fəlakət yaşatdı - FOTOLAR

Yeni Zelandiya hələ də "silkələnir" - 400-dən artıq afterşok.

Yeni Zellandiyada baş verən 7,9 bal gücündə son zəlzələdən sonra 400-dən artıq afterşok qeydə alınıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, bazar günü Yeni Zelandiyada 7,9 bal gücündə sunami təhlükəsindən xəbər verən yeraltı təkanlar baş verib.

----------

11:57

Ötən gecə Yeni Zelandiya sahillərində güclü zəlzələ olub.

ABŞ-ın Geologiya Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların gücü Rixter şkalası ilə 7,4 bal olub.

"Xəbəraz.az " bildirir ki, zəlzələnin episentri Kraystçörç şəhərindən 95 km aralıda idi.

Zəlzələ nəticəsində 17 nəfər yaralanıb, 2 nəfər həlak olub.

Yeni Zelandiyanın Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Cənub adasının şərq sahilində yaşayan sakinlərə evlərini dərhal tərk edərək daha yüksək yerlərə yollanmaq məsləhət bilinib.

"Sunamiyə baxmaq üçün sahilə getməyin! Radioya qulaq asın, fövqəladə hallar xidmətinin təlimatlarına əməl edin. Təhlükəli yerlərdən uzaq durun", - xəbərdarlıqda deyilir.

Tanınmış seysmoloq Naycel Entoni Qrey isə hələ noyabrın 6-da Facebook-da yazmışdı ki, noyabrın 14-nə keçən gecə Yeni Zelandiyada güclü zəlzələ olacaq.

"Bunun səbəbi Ayın Yerə çox yaxınlaşması, Superay olacaq. Bunun nəticəsində Yerin cazibə qüvvəsində dəyişikliklər olacaq və nəticədə zəlzələ yaşanacaq", - Qrey yazmışdı.

Geri dön