Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi


14-11-2016, 10:48. Yazar: Xeberaz
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır.

Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi.
Geri dön