Ana Sayfa > Karusel / Siyasət / Dünya > Trampdan Əsədlə bağlı şok qərar

Trampdan Əsədlə bağlı şok qərar


12-11-2016, 23:45. Yazar: Xeberaz
Trampdan Əsədlə bağlı şok qərar

ABŞ Suriyada Bəşər Əsədə qarşı yox, İŞİD-ə qarşı mübarizə aparacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu ABŞ prezidenti seçilən Donald Tramp “Vol Strit Jurnal” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ müxalifləri dəstəkləsə də, onlar haqda dürüst informasiyaya sahib deyil:

“Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətlə bağlı mövqeyim fərqlidir. Suriya da İŞİD-lə mübarizə aparır, biz də. Hazırda Rusiya Suriya ilə sıx ittifaqdadır. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər”.
Geri dön