Ana Sayfa > Karusel / Hadisə / Dünya > Pakistanda İŞİD məscidi partlatdı: 43 ölü, 100 yaralı

Pakistanda İŞİD məscidi partlatdı: 43 ölü, 100 yaralı


12-11-2016, 22:19. Yazar: Xeberaz
Pakistanda İŞİD məscidi partlatdı: 43 ölü, 100 yaralı

Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 100-dək dindar yaralanıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.

"İŞİD" terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

19:13

Pakistanın cənubunda, Kəraçi əyalətində məbədlərdən birində baş verən partlayış nəticəsində 30-dan çox insan həlak olub.

"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, partlayış məbədin həyətində törədilib.

Geo TV hadisə nəticəsində azı 100 nəfərin də yaralandığı barədə məlumat yayıb.


Geri dön