Ana Sayfa > Karusel / İbadət > Qadınlar qüsl vaxtı saçlarını mütləq yumalıdılarmı?

Qadınlar qüsl vaxtı saçlarını mütləq yumalıdılarmı?


12-11-2016, 20:07. Yazar: Xeberaz

Qadınlar qüsl vaxtı saçlarını mütləq yumalıdılarmı?

Qadınlar qüsl vaxtı saçlarını mütləq yumalıdılarmı? Əgər qadın həmin gün çimib saçlarını yuyubsa, qüsldə başını islatmasa olarmı?
"Xəbəraz.az "islam.az-a istinadən bildirir ki, qüslün əsas şərtlərindən biri bütün bədənin su ilə islanmasıdır. Əgər qüsl zamanı bədəndə iynə ucu boyda yer quru qalsa, qüsl batil olar. Qadın təmiz olmasından, başını bir qədər əvvəl yumasından asılı olmayaraq, qüsl zamanı saçlarını da islatmalıdır. Saçlar tam islanmalı, quru tük qalmamalıdır. Bəzi qadınlar saçının gec quruduğunu bəhanə gətirir və başını bağlamış halda qüsl alırlar. Bu cür etmək olmaz, həmin qüsl batildir və onunla qılınmış namazlar da qəbul sayılmır. Normal şəkildə qüsl alınmalı və həmin namazların hamısı qəza edilməlidir.


Geri dön