Ana Sayfa > Karusel / Hadisə > Doğum günündə 8-ci mərtəbədən yıxıldı, sağ qaldı-BAKIDA

Doğum günündə 8-ci mərtəbədən yıxıldı, sağ qaldı-BAKIDA


12-11-2016, 16:35. Yazar: Xeberaz
Doğum günündə 8-ci mərtəbədən yıxıldı, sağ qaldı-BAKIDA


Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.
"Xəbəraz.az "-ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evə özünün ad günü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb. C.Cəmilov ehtiyyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyatində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb.

Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır.
Geri dön