Ana Sayfa > Karusel / M2 / İbadət > Peygemberimizin etdiyi en xeyirli dua hansidir?

Peygemberimizin etdiyi en xeyirli dua hansidir?


28-05-2015, 21:35. Yazar: Xeberaz
Peygemberimizin etdiyi en xeyirli dua hansidir?


Peyğəmbərimizin etdiyi bütün dualar xeyirlidir. Rəvayət edilir ki, Aişə demişdir: “Mən namaz qılarkən Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: “Ey Aişə! Çalış qısa və mənalı dualar edəsən!” O çıxıb gedərkən dedim: “Ey Allahın Elçisi! Qısa və mənalı dualar nədir?” O buyurdu: “De: “Allahummə inni əs'əlukə minəl-xeyri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əuzu bikə minəş-şərri kullihi acilihi və əcilihi mə alimtu minhu və mə ləm ə'ləm və əs'əlukəl-cənnətə və mə qarrabə iləyhə min qaulin au aməl və əuzu bikə min­ən-nəri və mə qarrabə iləyhə min qaulin əu aməl və əs'əlukə mimmə səə­lə­kə bihi Muhəmmədun və əuzu bikə mimmə təuzu min­hu Muhəm­mədun və mə qadəytə li min qadai, fəc'əl aqibətəhu ruş­dən.
Tərcüməsi: "Allahım! Xeyrin hamısını, istər dünyadakını, istərsə də Axirətdəkini, istər bildiklərimi, istərsə də bilmədiklərimi Səndən diləyirəm. Şərin hamısından, istər dünyadakından, istərsə də Axirətdəkindən, istər bildiklərim­dən, istərsə də bilmədiklərimdən Sənə sığınıram. Cənnəti və ona yaxınlaşdıran hər bir sözü və əməli Səndən diləyirəm. Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir sözdən və əməldən Sənə sığınıram. Muhəmmədin r Səndən istədiyini mən də Səndən istəyirəm və Muhəmmədin r Sənə sığındığı şeydən mən də Sənə sığınıram. Mənim üçün qəzavü-qədərdən nə hazırlamısansa, onun aqibətini gözəl et!" (əl-Buxari “Ədəbul-Mufrad” 639).
Bu dua Uca Allahdan bəxş edilən bütün xeyirləri özündə cəm edir.
Geri dön