Ana Sayfa > Karusel / Gündəm > Günəşli hava nə qədər davam edəcək? - PROQNOZ

Günəşli hava nə qədər davam edəcək? - PROQNOZ


12-11-2016, 12:42. Yazar: Xeberaz
Günəşli hava nə qədər davam edəcək? - PROQNOZ

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Geri dön