Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ulduzlar Bakıya gəlir: uduşda ev də var

Ulduzlar Bakıya gəlir: uduşda ev də var


11-11-2016, 16:46. Yazar: Xeberaz
Ulduzlar Bakıya gəlir: uduşda ev də var


Bakı Olimpiya Stadionunda 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə “Ən Yeni İl” adlı konsert proqramı təşkil olunacaq.

"Xəbəraz.az " xəbər verir ki, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Dəmət Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cəmrə və Mahmud Orxan çıxış edəcəklər.

Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geri-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Konsertə gələcək qonaqlara lotereya vasitəsi ilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotereyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq.


Geri dön