Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > "Ailəmizin dağılmasında günahkar mənəm..." - Emin Leyla Əliyeva ilə boşanmasından DANIŞDI

"Ailəmizin dağılmasında günahkar mənəm..." - Emin Leyla Əliyeva ilə boşanmasından DANIŞDI


11-11-2016, 16:30. Yazar: Xeberaz
"Ailəmizin dağılmasında günahkar mənəm..." - Emin Leyla Əliyeva ilə boşanmasından DANIŞDI

Dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə boşanmasından danışıb.
"Xəbəraz.az " xəbər verir ki, müğənninin sözlərinə görə, onların ayrılığına səbəb bir-birindən ayrı yaşamaqları olub.

"Biz Leyla ilə ailəmizi qoruyub saxlaya bilmədik. Buna səbəb isə uzun səfərlər, münasibətimizdəki boşluq, bir-birimizdən ayrı yaşamağımız oldu. Bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə mane oldu".

E.Ağalarov övladlarından da danışıb:

"Əli və Mikayıl bir-birindən tamamilə fərqlənir. Məsələn, mən Əliyə pul verib mağazaya göndərsəm, o, heç fikirləşmədən pullarının hamısını xərcləyər. Amma Mikayıl elə deyil. O, əvvəlcə fikirləşir, götür-qoy edir, pullarını hesablayır, sonra xərcləyir. Onlar Əminəni də çox sevirlər. Əminəni ilk dəfə görəndə o, çarpayıda oturmuşdu. Oğlanlarım məni ona təqdim etdi və Əminəyə "Əminə, bax, o sənin atandır" dedilər. Biz onunla yaxşı yola gedirik və bir-birimizi çox sevirik ".big.az

"Ailəmizin dağılmasında günahkar mənəm..." - Emin Leyla Əliyeva ilə boşanmasından DANIŞDI
Geri dön