Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda

Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda


11-11-2016, 15:46. Yazar: Xeberaz
Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda


Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.
"Xəbəraz.az "-ın Trend-ə istinadən məlumatına görə,bu barədə E.Qafarov özü məlumat verib.
E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib.

E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.
Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.

Geri dön