Ana Sayfa > Karusel / Hadisə / M2 > Ata və oğlu ölümcül döyüldü

Ata və oğlu ölümcül döyüldü


11-11-2016, 11:32. Yazar: Xeberaz
Ata və oğlu ölümcül döyüldü
Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüb.

Report-un xəbərinə görə, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüb. Münaqişənin qarşsını qonşular ala bilib. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsində (PB) araşdırma aparılır.
Geri dön