Ana Sayfa > Karusel / Hadisə / Səhiyyə > Uşaq doğuş zamanı öldü - Bakıda

Uşaq doğuş zamanı öldü - Bakıda


11-11-2016, 11:21. Yazar: Xeberaz
Uşaq doğuş zamanı öldü - Bakıda
Bakıda doğuş zamanı körpə ölümü baş verib.

"Xəbəraz.az " xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb. Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.

“İnternational Medical Centre”dən bildirilib ki, ölən uşağın ciyərlərində problem olub.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.

Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön