Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Fotogalereya > Manaf Ağayev öz həyatından oxudu – VİDEO

Manaf Ağayev öz həyatından oxudu – VİDEO


11-11-2016, 11:00. Yazar: Xeberaz
Manaf Ağayev öz həyatından oxudu – VİDEO
“Toylar kralı” kimi tanınan müğənni Manaf Ağayev ilk dəfə olaraq öz həyatı üçün yazılmış mahnı ifa edib.
"Xəbəraz.az " -a açıqlama verən ifaçı bildirib ki, “Daha yaşım o yaş deyil” adlı bəstəni ifa edərkən çox təsirlənib: “Hər bir insan kimi mənim də bu həyatda qazandıqlarım qədər itirdiklərim olub. Təbii ki, insan üçün həyatda ən pis itki insan itkisidir. Heç kimə bu itkini arzu etmirəm. Tanıyanlar bilir ki, mən dost üçün candan keçənəm. Yaxşı və pis günündə yanında olan biriyəm. Amma zamanla mənim dostluğuma naxələf çıxanlar da olub. Məhz bu gün təqdim etdiyim mahnı da az da olsa həyatda yaşadıqlarım əks olunub. Düşünürəm ki, bu mahnının mənim repertuarımda xüsusi yeri olacaq”.

Qeyd edək ki, “Daha yaşım o yaş deyil” adlı bəstənin sözləri Rauf Sübhiyə, musiqisi və aranjimanı isə Rabil Səfərliyə məxsusdur.

Geri dön