Ana Sayfa > Karusel / Dünya / M2 > “ABŞ-da seçkilər Ermənistan üçün sürpriz oldu”

“ABŞ-da seçkilər Ermənistan üçün sürpriz oldu”


10-11-2016, 12:16. Yazar: Xeberaz
“ABŞ-da seçkilər Ermənistan üçün sürpriz oldu”

ABŞ-dakı prezident seçkisinin nəticəsi Ermənistan və dostları üçün daha bir sürprizə çevrildi.

"Xəbəraz.az " xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

PA rəsmisinin sözlərinə görə, Bob Dold, Mark Körk və başqa ermənipərəst konqresmenlər seçkilərdən kənarda qalıblar:

“Azərbaycanda Demokratiya” adlı bədnam aktın həmmüəlliflərindən olan Cozef Hek də seçkini uduzanlar sırasındadır”, - N.Məmmədov qeyd edib.

Xatırladaq ki, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. Bununla bərabər, Respublikaçılar Partiyası Senatda və Konqresdə də say üstünlüyü əldə ediblər.
Geri dön