Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəmkirdə usta yıxılıb ayağını sındırdı

Şəmkirdə usta yıxılıb ayağını sındırdı


9-11-2016, 19:48. Yazar: Xeberaz
Şəmkirdə usta yıxılıb ayağını sındırdı

Şəmkirdə usta ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Tovuz rayon sakini, 1966-cı il təvəllüdlü Mehman Qəhrəmanov kənddə divar hörən zaman hündürlükdən yerə düşüb. Ağır kəllə-beyin travması və sağ ayağın sınığı xəsarətləri alan M. Qəhrəmanov Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Geri dön