Ana Sayfa > Karusel / Hadisə > Bakıda quldurluq: maşına basıb döydülər

Bakıda quldurluq: maşına basıb döydülər


9-11-2016, 14:23. Yazar: Xeberaz
Bakıda quldurluq: maşına basıb döydülər


Bakıda quldurluq etmiş şəxslər tutulub."Xəbəraz.az " Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu "VAZ-2106" markalı avtomobilə oturdub döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

Araşdırma aparılır.
Geri dön