Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək

Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək


9-11-2016, 14:12. Yazar: Xeberaz
Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək



Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. "Xəbəraz.az " Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Geri dön