Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunda HƏYƏCAN: işıqlar söndü

Bakı metrosunda HƏYƏCAN: işıqlar söndü


8-11-2016, 10:30. Yazar: Xeberaz
Bakı metrosunda HƏYƏCAN: işıqlar söndü


10:23

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, problem onlara verilən enerjidə olub və tez bir zamanda aradan qaldırılıb:

"Qatarların hərəkətində heç bir problem olmayıb. Platformada enerji kəsilib. Baş verən problem qısa müddətdə aradan qaldırılıb".

------------

09:43

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.


Geri dön