Ana Sayfa > Karusel / Hadisə / M2 > Ərəb turist “Tarqovı”da öldü

Ərəb turist “Tarqovı”da öldü


8-11-2016, 01:41. Yazar: Xeberaz
Ərəb turist “Tarqovı”da öldü
Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb.
"Xəbəraz.az "-ın lent.az-a istinadən verdiyi məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.
BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb.
Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.
Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.
Geri dön