Ana Sayfa > Karusel / Hadisə > Ərəb turist "Tarqovı"da öldü

Ərəb turist "Tarqovı"da öldü


7-11-2016, 15:39. Yazar: Xeberaz
Ərəb turist "Tarqovı"da öldü

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. "Xəbəraz.az "-ın məlumatına görə, hadisə Nəsimi rayonu Nizami küçəsi 61 ünvanının qarşısında - "Tarqovı" məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır. A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.lent.az

Geri dön