Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in paytaxtına hücum başladı

İŞİD-in paytaxtına hücum başladı


7-11-2016, 09:38. Yazar: Xeberaz
İŞİD-in paytaxtına hücum başladı
Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.

Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb.

Qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.
Geri dön