Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı-Qazax yolunda "Prado" belə aşdı - GÖRÜNTÜLƏR

Bakı-Qazax yolunda "Prado" belə aşdı - GÖRÜNTÜLƏR


6-11-2016, 20:26. Yazar: Xeberaz
Bakı-Qazax yolunda "Prado" belə aşdı - GÖRÜNTÜLƏR


Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“90 CC 120” dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Bakı-Qazax yolunda "Prado" belə aşdı - GÖRÜNTÜLƏR
Bakı-Qazax yolunda "Prado" belə aşdı - GÖRÜNTÜLƏR
Geri dön