Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ana, ata və iki övladı maşının altında qaldı - YENİLƏNİB

Azərbaycanda ana, ata və iki övladı maşının altında qaldı - YENİLƏNİB


6-11-2016, 17:31. Yazar: Xeberaz
Azərbaycanda ana, ata və iki övladı maşının altında qaldı - YENİLƏNİB


Bu gün Gəncə şəhərində "VAZ 2105" markalı minik avtomobilinin Aygül Adgözəlova ilə bərabər həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları - 6 yaşlı Validə və 7 yaşlı İsraili vurduğu məlum olub.

APA-nın Qərb bürosunun məlumatına görə, onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar. A. Adgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.



``````


14:21



Bu gün Gəncə şəhərində 26 yaşlı qızı naməlum avtomobil vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Adgözəlova Aygül Qulu qızını şəhərin Heydər Əliyev prospektində avtomobil vurub.

Xəsarət alan qız Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdıra aparılır.
Geri dön