Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyada partlayış: 5 ölü

Rusiyada partlayış: 5 ölü


6-11-2016, 12:58. Yazar: Xeberaz
Rusiyada partlayış: 5 ölü
Rusiyanın İvanovo şəhərində iki mərtəbəli yaşayış binasında partlayış baş verib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə nəticəsində binanın 5 sakini həlak olub.

Bu barədə məlumat verən İstintaq Komitəsinin Regional İdarəsinin nümayəndəsi Olqa Dolyeva ölənlərdən birinin uşaq olduğunu deyib.

Xilasedicilər uçan binanın dağıntıları altından 7 nəfəri xilas edib.

İlkin məlumata görə, 21 nəfərin yaşadığı binada partlayışa səbəb qaz sızması olub.
Geri dön