Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in xəzinəsi yarıldı, komandirlər qaçdı

İŞİD-in xəzinəsi yarıldı, komandirlər qaçdı


6-11-2016, 12:25. Yazar: Xeberaz
İŞİD-in xəzinəsi yarıldı, komandirlər qaçdı

İŞİD-in 5 yüksək rütbəli komandiri təşkilatın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava vilayətindən qaçıb.

Fərari komandirlər arasında təşkilatın mühasibi Əbu Əl Bara Əl-Kahtani də olub.

Məlumata görə, onlar Təlafər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.

Təşkilat rəhbərliyi onların tutularaq edam edilməsinə dair göstəriş verib.

Qeyd edək ki, oğurlanmış vəsait terrorçulara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulubmuş.
Geri dön