Ana Sayfa > Karusel / Dünya / M2 > Atatürk aeroportunda insident: iki nəfər tutuldu

Atatürk aeroportunda insident: iki nəfər tutuldu


6-11-2016, 12:20. Yazar: Xeberaz
Atatürk aeroportunda insident: iki nəfər tutuldu

İstanbulun Atatürk Hava Limanında atışma baş verib.

"Xəbəraz.az " xəbər verir ki, gecə saatlarında baş verən insident nəticəsində yollar müəyyən müddətə bağlanıb.

Motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.

Hazırda aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub
Geri dön