Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah Bakıda hərbi yürüş olacaq

Sabah Bakıda hərbi yürüş olacaq


27-05-2015, 21:09. Yazar: Fehrad
Sabah Bakıda hərbi yürüş olacaq




Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək.


Xeberaz.az “Qafqazinfo”nun məlumatına istinadən xəbər verir ki, həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər (Fəvvarələr, Azneft və Azadlıq meydanları, Əhmədli qəsəbəsindəki Heydər Əliyev parkı, Zərifə Əliyeva adına park və Zabitlər parkı).

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.


Geri dön