Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Günəşli”də zəlzələ - Neftçilər təxliyyə olundu

“Günəşli”də zəlzələ - Neftçilər təxliyyə olundu


5-11-2016, 16:11. Yazar: Xeberaz
“Günəşli”də zəlzələ - Neftçilər təxliyyə olundu


Ötən gün təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

"Xəbəraz.az " xəbər verir ki, işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılmış, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb. Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.




Geri dön