Ana Sayfa > Karusel / Hadisə > Polis idarəsində özünə amansız işgəncə verdi

Polis idarəsində özünə amansız işgəncə verdi


5-11-2016, 16:10. Yazar: Xeberaz
Polis idarəsində özünə amansız işgəncə verdi

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.

"Report" xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.
Yaralıya lazımı tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön