Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 70 ilin ən böyük Ayı görünəcək – NASA

70 ilin ən böyük Ayı görünəcək – NASA


5-11-2016, 10:10. Yazar: Xeberaz
70 ilin ən böyük Ayı görünəcək – NASA


Noyabrın 14-də ən böyük bədirlənmiş ay görünəcək.

"Xəbəraz.az "-ın verdiyi məlumata görə, alimlərin "Super Ay" adlandırdıqları bu görüntü son 70 ildə ilk dəfə müşahidə olunacaq.

Bunun eyni zamanda 21-ci əsrin Yerə ən yaxın bədirlənmiş Ayı olacağı da söylənilir.

NASA açıqlamasında Ayın üfüqə yaxın olduğu zamanda ağacların, evlərin və digər obyektlərin arasından baxıldıqda qeyri-təbii dərəcədə böyük görünəcəyini bildirib.

Geri dön