Ana Sayfa > Karusel / Hadisə > 39 yaşlı qadın intihar etdi - Lənkəranda

39 yaşlı qadın intihar etdi - Lənkəranda


5-11-2016, 10:01. Yazar: Xeberaz
39 yaşlı qadın intihar etdi - Lənkəranda

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

"Xəbəraz.az " "Report"a istinadən xəbər verir ki, rayonun Biləsər kəndindən olan, ailəsi ilə birlikdə Səbr kəndində məskunlaşan 39 yaşlı Babayeva Səmayə Hacıvəli qızı yaşadığı ünvanda özünü asaraq intihar edib.

Hadisə barədə məlumat Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə saat 22.40 radələrində daxil olub. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerini müayinə edib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə gətirilib.

Hələlik intiharın səbəbi məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön