Ana Sayfa > Karusel / Dünya / M2 / Həftə-Reytinq > İŞİD uşaq-kamikadzelər hazırlayır - BMT

İŞİD uşaq-kamikadzelər hazırlayır - BMT


5-11-2016, 01:48. Yazar: Xeberaz
İŞİD uşaq-kamikadzelər hazırlayır - BMT
İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının terrorçuları 1600 dinc sakini girov götürüb.

APA-nın verdiyi xəbərə görə, bu barədə BMT-nin məlumatında deyilir.

İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən “canlı qalxan” kimi istifadə edir.

Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaq-kamikadzeləri terror aktlarının həyata keçirilməsinə cəlb edir.
Geri dön