Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 / Xəbəraz TV > Avropa Oyunlarında iştirak edəcək məşhurlar (VİDEO)

Avropa Oyunlarında iştirak edəcək məşhurlar (VİDEO)


27-05-2015, 18:51. Yazar: Xeberaz
Avropa Oyunlarında iştirak edəcək məşhurlar (VİDEO)
"Oyunlar ilə bağlı məşəli daşımağı biz sənətçilərə həvalə ediblər"
Bakıda baş tutacaq Alov festivalında hansı məşhurlar iştirak edəcək?

Xeberaz.az ANS TV-nin məlumatına görə , xəbər verir ki, I Avropa Oyunlarından bizi cəmi 16 gün ayırır. Artıq məşəl indiyə qədər bir çox rayonları gəzib. Son dayanacaq isə Bakı olacaq. Paytaxtda baş tutacaq möhtəşəm Alov festivalına məşhur simalar öz iştirakı ilə rəng qatacaq. Bəs hansı tanınmışları biz məşəl ətrafında görəcəyik? Bu sirri əməkdar artist Ədalət Şükürov açdı:

“I Avropa Oyunları ilə bağlı məşəli daşımağı biz sənətçilərə həvalə ediblər. Bu isə bizim üçün böyük bir fəxrdir. Bu sənətçilər içərisində İlhamə Quliyeva, Alim Qasımov, Murad Dadaşov, Zülfiyyə Xanbabayeva, Elnur Məmmədov və başqaları var. İyun ayının 7-dən 11-nə qədər məşəli Bakıda bir-birimizə ötürəcəyik və 11-də isə məşəl Heydər Əliyev Mərkəzinə daxil olacaq”.

Geri dön