Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 > iPhone işlədənlərin diqqətinə: çox ciddi təhlükə yayılır

iPhone işlədənlərin diqqətinə: çox ciddi təhlükə yayılır


27-05-2015, 18:35. Yazar: Xeberaz
iPhone işlədənlərin diqqətinə: çox ciddi təhlükə yayılır
iPhone smartfonlarının işlədikləri iOS əməliyyat sistemindəki yanlışlıq telefonun kiçik mesaj vasitəsilə sıradan çıxmasına səbəb ola bilər.

Bu mesajı alan iPhone sahibi yeni məzmunlu SMS almayınca SMS bölməsinə daxil ola bilmir.

Milli.Az 9to5 Mac-a istinadən bildirir ki, iPhone-lardakı iMessage bölməsindəki səhv təsadüfən aşkarlanıb.
Smartfonu sıradan çıxaran mətn ərəb əlifbasının hərflərindən ibarətdir. Bu mətni SMS vasitəsilə alındığı iPhone-da Messages bölməsi "donur", sonra iPhone sönür və yenidən yüklənir.

Daha sonra telefonun sahibi telefonunda Messages bölməsinə daxil olmağa çalışanda iPhone sönüb-yanır.
Hər cəhddə bu proses təkrarlanır.

Telefonu dövrü sönüb-yanmadan qurtarmaq üçün Messages vasitəsilə istifadəçi özünə SMS yollamalıdır. Bunu iPad və ya MacBook vasitəsilə etmək olar.
Geri dön