Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > PR menecer Elton Hacıyev: "Model-biznesdə iqaməddinləşmə gedir!"

PR menecer Elton Hacıyev: "Model-biznesdə iqaməddinləşmə gedir!"


3-11-2016, 16:44. Yazar: Xeberaz

PR menecer Elton Hacıyev: "Model-biznesdə iqaməddinləşmə gedir!"
Bu iddialı açıqlama haqda hələ çox danışılacaq.

Tanınmış istedadlı PR menecer Elton Hacıyev yerli model -bizneslə bağlı iddialı açıqlama verib.

"Xəbəraz.az " saytına açıqlamasında bəzi modellərin özlərini yaraşıqlı model İqaməddin Hüseynova bənzətməsindən danışıb.
"Model İqaməddin Hüseynovun stilini çox bəyənirəm. Bəzi modellər İqaməddini təkrarlayırlar. Model - biznesdə İqaməddinləşmə gedir. Deyirlər ki, bu qədər uğur qazanır, yəqin, biz də onu təkrarlasaq, məşhurlaşarıq. Çox gülməli görünürlər. Amma başa düşmürlər ki, İqammədin ilk gündən özü olmağa çalışıb. O seçilir və fərqlənir. Onu sevdirən də elə bu fərqliliyidir. Çalışın siz də heç kimi "kopiyalamayın", özünüz olun” - deyə PR menecer bəzi modellərə müraciət edib.

Geri dön