Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladıldı - FOTOLAR

Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladıldı - FOTOLAR


3-11-2016, 13:34. Yazar: Xeberaz
Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladıldı - FOTOLAR


Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb.

Ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də “Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.

Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.

Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə partladılıb.

Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir. (report)

Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladıldı - FOTOLAR
Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladıldı - FOTOLAR
Geri dön