Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda sürücü piyadanı vurub qaçdı

Bakıda sürücü piyadanı vurub qaçdı


3-11-2016, 01:18. Yazar: Xeberaz

Bakıda sürücü piyadanı vurub qaçdı
Bakıda piyada vurulub.

Musavat.com xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində baş verib.

26 yaşlı Tural Teymurov Lökbatan qəsəbəsində yolu keçərkən onu naməlum maşın vurub. Avtomobilin sürücüsü yolun qaranlıq olmasından istifadə edərək, yaralı piyadanı hadisə yerində köməksiz vəziyyətdə qoyub və ərazidən uzaqlaşıb.

Tural Teymurov ətrafdan keçən şəxslərin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə barədə polisə məlumat verilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları piyadanı vuran və ərazidən uzaqlaşan avtomobilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görür.
Geri dön