Ana Sayfa > Karusel / Hadisə > Bacısının əri ilə qaçan qız: "Peşman deyiləm"
Bacısının əri ilə qaçan qız: "Peşman deyiləm"2-11-2016, 18:41. Yazar: Xeberaz |
Sentyabrın 23-də bacısının ərinə qoşulub qaçan 14 yaşlı Cəlilabad sakini Gülbahar Məmmədova (ad şərtidir) atasının razılığı ilə ölkə.az-ın suallarını cavablandırıb. "Xəbəraz.az " müsahibəni təqdim edir: - Gülbahar, neçə gündür evinizdəsiniz? - Evimizə getməmişəm, üç gündür əmimgildə qalıram. - Bir yerdə oxudum, demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur? - Bəli, belə bir söz demişəm. - Yenə fikrinizdə qalırsınız? - Bəli, bəli. - Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz? - Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim. - Yəni? - Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu, mənimçün çox pis olar. - Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi? - Xeyr, xeyr. - Yəni bağlanmadı? - Xeyr. - Bacınızı-Ələmdarın həyat yoldaşını görmüsünüz? - Görməmişəm. - Bacınızdan üzrxahlıq edəcəksiniz? - Hələ ki başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam. - Ələmdar səni vururdu, döyürdü? - Döymürdü. - Nə vaxtdan bir-birinizi görmürsünüz? - Üç gündür gəlmişəm, görməmişəm. - Telefon əlaqəniz var? - Telefon əlaqəm yoxdur. - Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz? - İstəməzdim. - Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz? - Bəli. - Bacınızın taleyini düşünmürsünüz? - Hələ ki heç nə düşünmürəm. - Bacınızı düşünmürsüz? - Düşünürəm. Məni də başa düşün də, gərginəm. Qeyd edək ki, ailəsinin ehtimallarına görə, o, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçmışdı. Geri dön |